BAKI, 6 noyabr. TELEQRAF
“Nvidia” şirkətinin baş direktoru və qurucusu Censen Xuand Çinin süni intellekt sahəsində ABŞ-ni qabaqlayaca biləcəyini düşünür.
Teleqraf xəbər verir ki, o, bu barədə "Financial Times" qəzetinə müsahibəsində danışıb.
O bildirib ki, Çində dövlət subsidiyaları sayəsində enerji demək olar ki, “pulsuz” başa gəlir, ABŞ-də isə süni intellekt sahəsində yeni tənzimləmə qaydaları tətbiq olunur.
“Çin süni intellekt yarışını qazanacaq,” - deyə Xuand bildirib.
Onun sözlərinə görə, ABŞ-də artan məhdudiyyətlər innovasiyaların inkişafını ləngidir, halbuki Çin daha az inzibati nəzarətlə bu sahədə irəliləyir.