RU

Mamdani komandasına ancaq qadınları daxil etdi

BAKI, 6 noyabr. TELEQRAF00

Nyu-Yorkun yeni seçilmiş meri, Demokrat Partiyasının nümayəndəsi Zöhran Mamdani keçid dövründə formalaşdırılacaq komandanın yalnız qadınlardan ibarət olacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Mətbuat konfransında çıxış edən Mamdani bildirib ki, keçid komandası şəhərin son onilliklərdə gördüyü “ən iddialı siyasi platformanı” həyata keçirmək üçün çalışacaq. Onun sözlərinə görə, yeni administrasiya seçicilərə verilən vədləri yerinə yetirmək, həm peşəkarlıq, həm də insani yanaşma baxımından nümunə olmaq niyyətindədir.

Keçid komandasının icraçı direktoru Elana Leopold təyin olunub. Komandada keçmiş mer müavinləri Mariya Torres-Sprinqer və Melani Hartsog, ABŞ Federal Ticarət Komissiyasının sabiq sədri Lina Xan, eləcə də “United Way” qeyri-kommersiya təşkilatının rəhbəri Qreys Bonilya yer alıblar.

Zöhran Mamdaninin rəhbərlik edəcəyi yeni administrasiya 1 yanvar tarixində onun vəzifəyə rəsmi şəkildə başlamasından dərhal sonra fəaliyyətə başlayacaq.

Избранный
74
teleqraf.com

1Источники