RU

“Çelsi”nin baş məşqçisi: “Qarabağ”a qarşı oynamaq çətin idi

“Oyuna yaxşı başladıq, lakin iki qol buraxdıq. Daha sonra müəyyən dəyişikliklərə getdik”.

AZƏRTAC xəbər verir ki, bu sözləri İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Enzo Mareska UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçə etdikləri oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, ağır rejimdə oynadıqlarını bildirib: “Buna görə oyun ərzində müəyyən rotasiyalar etdik. İkinci hissədə daha yaxşı idik. Mən əvvəl də demişdim ki, “Qarabağ” çox yaxşı komandadır. Onlar uğurlu işlər görürlər. Rəqibimizə qarşı oynamaq çətin idi. Ağdam təmsilçisi yaxşı pressinq etdi. Azarkeşlərə gözəl atmosferə görə təşəkkür edirəm”.

Избранный
20
5
azerbaijan-news.az

7Источники