RU

Gəncə stadionunda işləyənlər əməkhaqlarını ala bilmirlər

Yazını böyüt
Yazını kiçilt

Gəncə stadionunun inşasında podratçı kimi iştirak edən "Green Service LTD" şirkətinin əməkdaşları əməkhaqlarını ala bilmirlər.

Hafta.az xəbər verir ki, aylarla stadionun tikintisində çalışan işçilər maaşlarının hər dəfə müxtəlif bəhanələrlə yubadıldığını bildiriblər. Şikayətçilərin sözlərinə görə, "Green Service LTD"nin maliyyə məsələlərinə cavabdeh nümayəndəsi Mirhüseyn Seyidli əməkhaqqı tələbinə hər dəfə müxtəlif vədlərlə cavab verir.

Məsələdə adı hallanan Mirhüseyn Seyidli ilə əlaqə saxlanılıb. O, sualları daha sonra cavablandıracağını bildirsə də, sonradan zənglərə cavab verməyib.

Şikayətçilər, həmçinin qeyd ediblər ki, stadionun tikintisində çalışan digər podratçı şirkətlərin əməkdaşları bu cür problemlə üzləşməyiblər.

Daha ətraflı Xəzər TV-nin videomaterialında:

Избранный
41
1
hafta.az

2Источники