RU

Ronaldo təqaüdə çıxmağa hazırlaşır: "Hər şeyin başlanğıcı və sonu var"

Kriştiano Ronaldo tezliklə təqaüdə çıxacağını bildirib. Ajans.az Al Jazeera kanalına istinadən xəbər verir ki, 40 yaşlı futbolçu bir müddətdir futboldan sonrakı həyatını planlaşdırdığını deyir. O, parlaq karyerasına son qoymağın çətin olacağını etiraf edib. “Düşünürəm ki, hazır olacağam. Bu, çox çətin olacaq. Amma gələcəyimi 25, 26, 27 yaşımdan hazırlamışam. Futbolda qol vurmaq üçün lazım olan adrenalinlə heç nə müqayisə edilə bilməz. Amma hər şeyin başlanğıcı və sonu var. Özüm, ailəm, uşaqlarımı böyütmək üçün daha çox vaxtım olacaq", - deyə o, bildirib.

Qeyd edək ki, “Mançester Yunayted”in keçmiş hücumçusu və hazırda "Əl-Nəsr"in üzvü Ronaldo indiyə qədər 952 qol vuraraq bütün zamanların ən çox qol vuran oyunçusu olub. O, ötən ay təqaüdə çıxmazdan əvvəl 1000 qol hədəflədiyini bildirib.

Избранный
73
Ajans.az

1Источники