RU

Telli Borçalı efirdə gərgin anlar yaşatdı: Əməkdaşları vurdu VİDEO

ain.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Aşıq Telli Borçalı ilə ARB Televiziyasının əməkdaşı arasında insident yaşanıb.

 Hurriyyet.az xəbər verir ki, telekanalın yaydığı rəsmi məlumata görə, hadisəyə səbəb ifaçının mahnısının cəmi 10 saniyəlik hissəsinin səhv yayımlanması olub.

Məlumatda bildirilir ki, “Həmin Zaur” verilişinin kameraarxası görüntülərində insident anı lentə alınıb. ARB-nin əməkdaşı baş verən hadisə ilə bağlı polisə müraciət edəcəyini açıqlayıb.

Mövzu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev (Tolik) də məsələ ilə bağlı fikrini bölüşüb:

“Deməli, camaat bəlkə də bilmir, amma bütün kanallarda gecikmə var — ən çox gecikmə isə bu kanaldadır, təxminən, 10 dəqiqəyə yaxındır. Əgər bu 10 dəqiqəlik gecikməni də özlərinə pay kimi bölüşdürürlərsə, deməli, bu gün buna ehtiyacları var. Halbuki, orada o qədər “böyük” aparıcılar var, amma bəzən sözlərini belə deməyi bacarmırlar. Ona görə də belə mövzularla gündəmdə qalmağa çalışırlar”.

Hazırda hadisə ilə bağlı həm ifaçının, həm də telekanalın mövqeyi sosial mediada geniş şəkildə müzakirə olunmaqdadır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
9
hurriyyet.az

10Источники