RU

“Qarabağ”ın stadionuna Qurban Qurbanovun adı verilə bilər? – Klub prezidenti açıqladı

“Qurban Qurbanov tarixi şəxsiyyətdir”.

Bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” matçından sonra Ağdam klubunun prezidenti Tahir Gözəl deyib.

Klub rəhbəri “Azərsun Arena”ya Qurban Qurbanovun adı verilə bilərmi” sualına da cavab verib.

O, belə bir fikir olarsa, bunu dəstəkləyəcəyini qeyd edib.

“Çelsi” kimi dünya nəhəngindən xal almağı bacardıq. “Qarabağ” rəqibindən çəkinmirdi. Dünyaya bizim hekayəmizi göstərən bu cəsarətdir. “Qarabağ” Azərbaycan xalqının gücünü dünyaya göstərdi. Bildiyiniz kimi, qarşıdan Zəfər günü gəlir. Bu nəticəni şəhidlərimizə həsr edirəm” – Tahir Gözəl əlavə edib.//Teleqraf

Избранный
9
12
millitv.net

10Источники