Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Gürcüstan Milli Bankı 2025 və 2026-cı illər üçün inflyasiya proqnozunu artırıb.
KONKRET.az xəbər verir ki, əvvəlki proqnoza əsasən, bu il orta illik inflyasiya 3,8%, 2026-cı ildə isə 3,1% səviyyəsində olmalı idi. Lakin indi Milli Bank bu göstəriciləri müvafiq olaraq 4% və 3,5% səviyyəsində proqnozlaşdırır.
Bildirilib ki, oktyabr ayında inflyasiyanın hədəf göstəricisi olan 3%-dən yüksək olması əsasən ərzaq məhsullarının bahalaşması ilə əlaqədardır. Ərzaq məhsulları, enerji daşıyıcıları və siqaretlər istisna olmaqla, inflyasiya 2,4% təşkil edib.
Məhz ərzaq məhsullarında yüksək inflyasiya səbəbindən 2025–2026-cı illər üçün inflyasiya proqnozu yenidən nəzərdən keçirilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.