RU

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günü

Bakı. Trend:

Azərbaycan Televiziyası və Radiosu Günü hər il 6 noyabrda qeydolunur.

Trendxəbər verir ki, 1926-cı il 6 noyabr tarixində Bakı şəhərindəradiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radioproqramı efirdə yayımlandı.

Məhz bu gün Azərbaycan Televiziyası və Radiosu Günü olaraqteleviziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur.

Polad bloklardan yığılmış 180 metrlik ilk Televiziya qülləsiBakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı ilin 14 fevralında ilkdəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə AzTV1 proqramı efirəçıxıb.

1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziyavasitəsilə respublika stadionundan canlı yayım həyatakeçirilib.

1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TVstansiyalar, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiya vəstudiya qurulub.

1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM)TV yayıma keçid baş tutub.

1997-ci ildə I Respublika və Araz radio proqramları BakıTeleqüllə Kompleksindən FM diapazonunda yayımlanıb.

Hazırda respublika ərazisində 100-dən çox radio-televiziya yayımstansiyasında istismar olunan 126 radioverici vasitəsilə 13ümumrespublika radio proqramı FM diapazonunda yayımlanır.

2012-ci ildə Bakı Teleqüllə Kompleksində IPTV baş stansiyasıqurulub və IPTV kontentin provayderlərə ötürülməsinə başlanılıb.Digər televiziya yayım vasitələrindən fərqli olaraq IPTV-də proqramsayına məhdudiyyət yoxdur, yəni müştəriyə yüzlərlə kanalı izləməkimkanı yaradılır.

Həmin ildə “Azərbaycan” və “İctimai” radioları, eləcə də“İctimai” televiziya proqramlarının HD formatlı yayımı həyatakeçirilib.

Ölkə ərazisində analoq TV yayımı 20 dekabr 2016-cı il tarixindətam dayandırılıb və rəqəmli TV yayımına keçid tam başaçatdırılıb.

Televiziya və radio bu gün də cəmiyyətin informasiyatəminatında, milli ideologiyanın formalaşdırılmasında və ictimairəyin yaradılmasında mühüm vasitə olaraq qalır. Bu sahədə çalışanjurnalistlər, texniki heyət və bütün əməkdaşlar daim informasiyanınoperativ və dürüst şəkildə çatdırılması üçün məsuliyyətli fəaliyyətgöstərirlər.

Bu əlamətdar gün münasibətilə televiziya və radio sahəsindəçalışan bütün media əməkdaşlarını təbrik edir, onlara yaradıcılıquğurları və peşəkar fəaliyyətlərində müvəffəqiyyətlərarzulayırıq.

Избранный
35
4
az.trend.az

8Источники