İsrail ordusu Yunanıstan hava qüvvələri ilə birgə hava təlimi həyata keçirib.
Publika.az xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.
Bildirilib ki, bazar ertəsi başlayan təlimin bir hissəsi olaraq İsrail ordusunun 120-ci eskadrilyası onlarla Yunanıstan qırıcısına havadan yanacaq doldurmağı məşq edib.
“Təlim əməliyyat uçuşunu və qırıcı təyyarələrin uzun məsafələrə yanacaq doldurulmasını simulyasiya etdi. Bir neçə saat ərzində döyüş təyyarələri yanacaq dolduran təyyarəyə qoşulub və missiyalarını davam etdirmək üçün yanacaqla təmin olunublar. Bu təlim illik təlim proqramının bir hissəsidir və iki ölkə arasında davam edən regional əməkdaşlığı əks etdirir", - məlumatda qeyd olunub.