RU

HAMAS daha bir girovun cəsədini BQXK əməkdaşlarına təhvil verəcək

HAMAS bu gün Qəzza zolağında saxlanılan bir israilli girovun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil verəcək.

Bu barədə məlumat hərəkatın "Telegram” kanalında dərc olunub.

"İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi razılaşması çərçivəsində bu gün Əl-Şucaiyə bölgəsində tapılan bir girovun cəsədini təhvil vermək qərarına gəldik”, - məlumatda deyilir.

Qeyd edək ki, bu, son günlərdə HAMAS tərəfindən İsrailə təhvil verilən dördüncü cəsəddir.

 

Избранный
17
3
7news.az

6Источники