Paytaxt yollarında sürücü sükan arxasında olarkən iti qucağında saxlayıb. Şəkildə də göründüyü kimi, ev heyvanı avtomobilin pəncərəsindən çölə boylanır. Hər nə qədər maraqlı mənzərə olsa da, bu cür davranış həm sürücü, həm də digər hərəkət iştirakçıları üçün qəza riski yaradır. Çünki heyvan qəfil hərəkət edərək pedalların altına girə və idarəetmənin itirilməsinə səbəb ola bilər.Metbuat.az-ın məlumatına görə, qanunvericilikdə bu hal inzibati məsuliyyət yaradır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 290.1.2-ci maddəsinə əsasən, ev heyvanlarının nəqliyyat vasitələrində aparılması qaydalarının pozulmasına görə 200 manat məbləğində cərimə tətbiq olunur. Sevinc İbrahimzadə / Metbuat.az