Müəllif:Mehin Qasımova,Banco.az
"Apple" öz səs köməkçisi Siri-ni daha ağıllı və funksional etmək məqsədilə Google-un süni intellekt texnologiyasından istifadə etməyi planlaşdırır.
Banco.az xəbər verir ki,şirkət Alphabet-in inkişaf etdirdiyi super güclü "Gemini AI" modelini tətbiq etməklə Siri-ni modernləşdirmək niyyətindədir. Bu əməkdaşlıq çərçivəsində Apple-ın Google-a ildə bir milyard dollardan çox ödəniş etməsi gözlənilir.
Mənbələrin məlumatına görə, tərəflər arasındakı razılaşma "Apple" cihazlarında – xüsusilə iPhone və iPad modellərində – süni intellekt imkanlarının genişləndirilməsini hədəfləyir. Bu addım Apple-ın süni intellekt yarışında rəqibləri, xüsusən də "OpenAI" və "Microsoft" ilə rəqabətini gücləndirəcək.