RU

BBC "Qarabağ" - "Çelsi" oyununun ən yaxşılarını açıqladı - Leandro birinci, Yankoviç ikincidir

İngiltərənin məşhur BBC nəşri Çempionlar Liqasının ötən gecə baş tutan "Qarabağ" - "Çelsi" qarşılaşmasını dəyərləndirib. Nəşr yazır ki, London klubu Azərbaycan təmsilçisinə qarşı tarixi məğlubiyyətdən yalnız son dəqiqələrdə xilas ola bilib.

BBC-nin məqaləsində qeyd olunur ki, "Çelsi"nin gənc ulduzu Aleksandro Qarnaço son anda vurduğu bərabərlik qolu ilə komandasını Azərbaycan təmsilçisinə uduzan ilk İngiltərə klubu olmaq xəcalətindən xilas edib.

BAKU.WS xəbər verir ki, nəşr "Qarabağ"ın oyununu yüksək qiymətləndirib. Reytinq cədvəlinə əsasən, matçın ən yaxşı futbolçusu 7.0 xalla Leandro Andrade seçilib. Onun ardınca Marko Yankoviç (6.96), Mateuş Koxalski (6.85) və Pedro Bikalho (6.84) gəlir.

"Çelsi"də isə ən yaxşı göstərici 6.41 xalla Estevaoya məxsus olub.

Siyahı belədir:

Избранный
46
1
far.az

2Источники