RU

"Azərbaycan vasitəsilə Ermənistana yüklərin növbəti partiyaları göndəriləcək" - ADY

"Cənab Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdiyi kimi, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırıb".

Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.

"Artıq yüklər Azərbaycandan tranzit keçməklə Ermənistana göndərilir. Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə 1048 ton 800 kq taxıl yüklü 15 vaqon ötən gün Böyük Kəsik stansiyasından Ermənistana göndərildi. Yüklər Gürcüstana, oradan isə Ermənistana daşınır.

Həmçinin Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb. Qazaxıstandan göndərilən min tona yaxın taxıl yüklü 15 vaqon noyabrın 5-də Azərbaycana daxil olub. Qatar artıq Biləcəri stansiyasındadır. Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu ilə hərəkətini davam etdirəcək və yüklər Böyük Kəsik stansiyasından yola salınacaq.

Həm Rusiya, həm də Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana yüklərin növbəti partiyalarının göndərilməsi gözlənilir"./unikal

Избранный
22
18
avtosfer.az

10Источники