RU

Bakı Dövlət Universitetinə “QS 5 Stars” mükafatı təqdim edildi FOTO

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci il 6 noyabr tarixində Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən “QS Higher Ed Summit: Asia Pacific 2025” tədbiri çərçivəsində Bakı Dövlət Universitetinə “QS 5 Stars” mükafatı təqdim edilib.

Globalinfo.az bildirir ki, bu nüfuzlu beynəlxalq qiymətləndirmə sistemi ali təhsil müəssisələrinin fəaliyyətini çoxsaylı meyarlar üzrə – tədrisin keyfiyyəti, məzunların məşğulluq imkanları, beynəlmiləlləşdirmə, tədqiqat və akademik inkişaf, eləcə də infrastruktur və sosial məsuliyyət sahələrində qiymətləndirir.

“QS 5 Stars” qiymətləndirilməsi Universitetin demək olar ki, bütün əsas sahələrdə yüksək səviyyədə fəaliyyət göstərdiyini göstərir. Belə ki, bu qiymətləndirmə yüksək səviyyəli tədris, qabaqcıl elmi tədqiqatlar, güclü beynəlxalq əməkdaşlıq, müasir tədris infrastrukturu və tələbə yönümlü yanaşmanın mövcudluğunu təsdiq edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
9
globalinfo.az

10Источники