RU

Salyan və Sabirabda İŞIQ OLMAYACAQ

Ajans.az xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, dövlət proqramı çərçivəsində günəş elektrik stansiyasına 330 kV-luq elektrik veriliş hava xəttinin çəkilişi ilə əlaqədar Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində magistral xətt "Azərişıq" ASC-nin hava xətləri ilə kəsişir.

Bununla əlaqədar olaraq noyabrın 6-da saat 11:00-dan 14:00-dək Salyan və Sabirabad rayonlarının Salmanlı, Cəngan, Muğangəncəli, Çiçəkli, Qaraçala, Çadırlı, Pambıqkənd, Bəşirbəyli, Yolüstü, Varlı 1-2, Düzənlik, Peyk, Uluxanlı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri tamamlandıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Избранный
12
16
Ajans.az

10Источники