RU

Qurban Qurbanovun Galatasaray açıqlaması səs küy yaratdı

ain.az bildirir, Turkstan.az portalına istinadən.

Çempionlar Liqasında öz meydanında “Çelsi” ilə 2:2 hesablı heç-heçədən sonra “Qarabağ” təkcə futbolu ilə deyil, həm də məşqçisi Qurban Qurbanovun dediyi sözlərlə gündəmə gəlib.Turkustan.az xəbər verir ki, mətbuat konfransında çıxış edən təcrübəli məşqçi oyundan sonra Türkiyəyə möhtəşəm jest edib. Qurbanov " Qalatasarayın oyunu var, gedək Qalatasaraya dəstək olaq" deyib.Azərbaycanlı məşqçinin bu sözləri sosial şəbəkələrdə sürətlə yayılaraq həm türk, həm də azərbaycanlı futbolsevərlər tərəfindən böyük tərif qazanıb. Azarkeşlər Qurbanova dəstək mesajları, o cümlədən “Bir millət, iki komanda”, “Bu, əsl dostluqdur”, “Qardaşlığın ən gözəl nümunəsi” kimi şərhlər yağdırıblar.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
icma.az

2Источники