RU

Böyük Britaniyada həbsxana qalmaqalı yaşanır

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az “BBC” telekanalına istinadən bildirir ki, Penitensiar Xidmətin hadisə barədə polisə məlumat verməsi altı gün çəkib. Bundan bir neçə saat sonra Surrey polisi Uondsvort həbsxanasından səhvən azad olunan daha bir məhbusu tapmaqda kömək üçün ictimaiyyətə müraciət edib. Mediada yayılan xəbərləri təsdiqləyən London polisi Uondsvort həbsxanasından səhvən azad edilən birinci məhbusun - 24 yaşlı Əlcəzair vətəndaşı Brahim Kaddur-Şərifin cinsi cinayət törədən canilər siyahısında qeydiyyatda olduğunu açıqlayıb. Yanlış şəkildə azadlığa çıxan ikinci məhbus, Billi kimi də tanınan 35 yaşlı Uilyam Smit isə, bir çox fırıldaqçılıq faktlarına görə təxminən dörd il həbs cəzasına məhkum olunub. Maraqlıdır ki, məhkəmə iclasından sonra o, noyabrın 3-də azad edilib. Bu iki insident Böyük Britaniya polisinin bir neçə həftə əvvəl səhvən azad edilmiş efiopiyalı qeyri-qanuni mühacir Haduş Kebatunu üç gün ərzində axtarmasından sonra baş verib.

Kebatu Esseks ştatının Eppinq şəhərində sığınacaq axtaranların otelində qalarkən 14 yaşlı qıza və yetkin bir qadına cinsi təcavüz etdiyi üçün həbs olunmuşdu. Oktyabrın 26-da Londonun şimalındakı Finsberi-parkda yenidən həbs tutulan Kebatu Efiopiyaya deportasiya edilib.

Hakimiyyət orqanları onun səhvən azadlığa buraxılmasına görə üzr istəyərək belə halların təkrarlanmasının qarşısını almaq üçün həbsxana sistemini təcili olaraq gücləndirəcəklərini, həmçinin hadisə ilə bağlı araşdırmalara başlayacaqlarını vəd edib. Penitensiar Xidmətin son hesabatına görə, 2025-ci ilə qədər İngiltərə və Uelsdə 262 məhbus səhvən sərbəst buraxılıb ki, bu da 2024-cü ilin göstəricisindən 128% çoxdur. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
2
azvision.az

3Источники