RU

Evlərini kirayə verən şəxslərdən vergi tutulacaq

Bakı. Trend:

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar vəmehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisnaolmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunangəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə iləvergi tutulacaq.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan VergiMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Sənədə əsasən, icarə (kirayə) haqqı vergi ödəyicisi kimi uçotdaolmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə (kirayəyə) verənözü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq14 faiz (icarəyə münasibətdə) və ya 10faiz (kirayəyə münasibətdə) dərəcə ilə vergini ödəyəcək vəvergi uçotuna alınıb bəyannamə verəcək.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, icarəhaqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindənödənildikdə icarəyə verən özü və ya onun təyin etdiyi vergi agenti14 faiz dərəcə ilə vergini özü ödəyir və vergiuçotuna alınıb bəyannamə verir.

Избранный
51
24
az.trend.az

10Источники