RU

“Qərbi azərbaycanlıların öz dədə baba torpaqlarına qayıtmaq hüququ var”

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Cənab Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində çıxışı zamanı azərbaycanlıların öz tarixi torpaqlarına, yəni indiki Ermənistana qayıdış məsələsinə toxundu. Cənab Prezidentin səsləndirdiyi fikirlərdə bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, cənab Prezident çıxışında erməni xalqı Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsindən qətiyyətlə qorxmamalıdır, bu proses onları qoxutmamalıdır deyib”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.

Deputat qeyd edib ki, bu fikirlərin davamı olaraq da cənab Prezident qeyd etdi ki, biz ora tanklarla deyil, maşınlarla qayıtmalıyıq: “Bunun üçün dövlət qurumları, ictimai təşkilatlar, alimlər çalışmalıdır. Yəni heç kəsə sirr deyil ki, zamanında ermənilərin bir xalq olaraq formalaşmasında türklərin çox böyük rolu olub. Biz həmişə ermənilərə qucaq açmışıq, torpaq vermişik, şərait yaratmışıq. Ancaq təəssüflər olsun ki, böyük güclərin birbaşa müdaxiləsi və xüsusilə də erməni Qriqoryan kilsəsinin yanlış ideologiyası nəticəsində ermənilər böyük dövlət qurmaq xülyalarına düşüblər və məhz türk torpaqlarında, indiki Türkiyə və Azərbaycan torpaqları hesablarına onlar böyük Ermənistan dövləti yaratmaq ideologiyasının əsirinə çevriliblər. Biz tarixi unutmuruq. Ancaq cənab Prezidentin də qeyd etdiyi kimi tarixçilər həm Azərbaycan, həm Ermənistan tərəfindən reallıqları ortaya çıxarmalıdırlar. Nikol Paşinyan da öz çıxışında qeyd etdi ki, Sovet ideologiyası erməniləri türklərə və azərbaycanlılara qarşı qaldırıb, bizə qarşı daha çox düşmənçilik siyasəti yeritməyə vadar edib. Azərbaycanlıların, xüsusilə Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmaq hüququ var. Hər kəs öz doğulduğu, boya-başa çatdığı torpağa qayıtmalıdır. Bizim də bu, haqqımız, hüququmuz var və bunu kimsə əlimizdən ala bilməz”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
icma.az

1Источники