ABŞ prezidenti Donald Tramp Nyu-York meri seçkilərində qalib gələn Demokratlar Partiyasının namizədi Zöhran Mamdani haqqında açıqlama verib.
Turkustan.az xəbər verir ki, Tramp deyib:
"Düşünürəm ki, o, mənimlə yaxşı davranmalıdır. Ona gələn bir çox şeyi təsdiq etməli olan mənəm, ona görə də o, pis başlayıb".
“Mən düşündüm ki, bu, çox qəzəbli bir çıxışdır” – deyə, Tramp Fox News-a müsahibəsində Mamdaninin seçkilərdə qələbəsindən sonra etdiyi çıxışına işarə edib. "O, şübhəsiz ki, mənə qəzəbləndi. Ancaq Vaşinqtona hörmətlə yanaşmalıdır!".
Aytən Yaşar/ Turkustan.az