RU

Bakıda itkin düşən 16 yaşlı oğlan tapıldı Yenilənib

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Bakıda yeniyetmə itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, noyabrın 3-də Yasamal rayonu, M.Seyidov küçəsində yaşayan 2009-cu il təvəllüdlü Səid Kamaləddin oğlu Hacızadə yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.

Onun yaxınları fotosunu və xarakterik əlamətlərini polisə təqdim ediblər.

Faktla bağlı Yasamal RPİ-nin Təhqiqat şöbəsində araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Yasamal rayonunda 16 yaşlı yeniyetmənin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etməsi və geri dönməməsi barədə polisə məlumat daxil olub. Həmin şəxs polis əməkdaşları tərəfindən axtarışa elan edilib, tədbirlərlə yeri müəyyən olunaraq tapılıb və ailəsinə təhvil verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
1
qafqazinfo.az

6Источники