RU

Yeni illik amortizasiya normaları müəyyənləşir

Amortizasiya olunan aktivlər üzrə düz xətt metodu ilə illik amortizasiya normaları müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, amortizasiya olunan aktivlər üzrə düz xətt metodu ilə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

-torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikililər və qurğular –44 il;

- maşın və avadanlıqlar – 14 il;

- yüksək texnologiyalar məhsulu olan hesablama texnikası – 11 il;

- hava, dəmiryol və su nəqliyyatı vasitələri – 29 il;

- istehsalat, idman maşınları, idman motosikletləri, idman velosipedləri və bu kimi başqa idman nəqliyyat vasitələri – 9 il;

- xidməti nəqliyyat vasitələri – 19 il;

- avtonəqliyyat vasitələri – 14 il;

- iş heyvanları – 14 il;

- geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər – 11 il;

- qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün 10 il, istifadə müddəti məlum olanlar üçün isə istifadə illərinə uyğun olaraq;

- digər əsas vəsaitlər – 14 il.

Azalan qalıq dəyəri metodu ilə amortizasiya ayırmaları binalar, tikililər və qurğular üçün hər tikili üzrə ayrılıqda, düz xətt metodu ilə amortizasiya ayırmaları isə hər bir amortizasiya olunan aktiv üzrə ayrılıqda aparılacaq.

Избранный
12
2
apa.az

3Источники