RU

Beynəlxalq daşıma xidmətləri üzrə qaimə-fakturanın təqdim edilməsi üçün müddət müəyyənləşir

Bakı. Trend:

Elektron qaimə-fakturanı təqdim (tərtib) edilmə müddətləri iləbağlı qaydalarda dəyişiklik edilir.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan VergiMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Sənədə əsasən, bu Məcəllə ilə müəyyən edilən hallarda mallarıtəqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habeləmalların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergiorqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakımüddətlərdə təqdim (tərtib) etməlidir:

  • işlərin görülməsi və xidmətlərin (beynəlxalq daşıma xidmətləri,habelə müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər istisnaolmaqla) göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətləringöstərildiyi tarixdən 5 gün müddətində
  • beynəlxalq daşıma xidmətlərinin göstərilməsi üzrə – daşımaxidmətlərinin başlanıldığı vaxtadək
  • müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər üzrə – hərtəqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt.

Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fizikişəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərəgöstərilən tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisininqaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindəntəsdiq ediləcək.

Избранный
34
1
az.trend.az

2Источники