RU

Elektrik mühərriki ilə işləyən avtobusların idxalı və satışı ƏDV-dən azad edilir

Bakı. Trend:

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən verilmiş təsdiqedici sənədə əsasən sənaye parklarınınrezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədiləoturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrikmühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarınınrezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı,tutacağı və monitoru quraşdırılmaqla satışı 2026-cı ilyanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan VergiMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən,yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalıvə satışı ƏDV-dən azaddır.

Növbəti ildən sözügedən güzəşt tətbiq edilməyəcək.

Избранный
4
7
az.trend.az

10Источники