RU

Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri başlayıb

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Noyabrın 6-da paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri başlayıb.

AZƏRTAC xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən yürüşlərdən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra hərbçilərin üç marşrut üzrə yürüşlərinə start verilib.

Yürüşlər Şəhidlər xiyabanı - “Alov Qüllələri” Kompleksi - “İçərişəhər” metrosu - Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı – “Azneft” dairəsi - Bəhram Gur heykəli; Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı; “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospekti istiqamətləri üzrə təşkil olunub.

Hərbçilərin marşrutlar üzrə Bakıdakı yürüşləri saat 12:00-dək davam edəcək.

Qeyd edək ki, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçında da müəyyənləşdirilmiş marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
6
xalqqazeti.az

10Источники