RU

Yük avtomobillərinin ehtiyat hissələrinin idxalı ƏDV-dən azad edilir

Bakı. Trend:

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindənistehsal məqsədilə yük avtomobillərinin ehtiyathissələrinin idxalı 2026-cı il yanvarın 1-dən 7 ilmüddətinə ƏDV-dən azad ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan VergiMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsalməqsədilə avtobusların ehtiyat hissələrinin idxalı2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dənazaddır.

Избранный
26
7
az.trend.az

9Источники