RU

Latviya Ukraynaya daha 21 Patria 6x6 zirehli personal daşıyıcısı təhvil verəcək

Oxumeni.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Latviya Ukraynaya daha 21 "Patria 6x6" zirehli personal daşıyıcısı təhvil verəcək

Ukrayna Latviyadan daha 21 yerli istehsal olan "Patria 6x6" zirehli personal daşıyıcısı alacaq.

Bu barədə Latviya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bu gün, 5 noyabrda Latviya müdafiə naziri Andris Spruds iki ölkə arasında müdafiə əməkdaşlığını müzakirə etmək üçün Latviyaya gələn Ukrayna müdafiə naziri Denis Şmyhalı qəbul edib.

Nazirliyin məlumatına görə, 12,7 mm-lik NATO dəstək pulemyotları və sursatları ilə təchiz olunmuş 21 "Patria 6x6" zirehli personal daşıyıcısı Latviyadakı Adazi hərbi bazasında Ukrayna müdafiə nazirinə təhvil veriləcək.

Ukrayna Silahlı Qüvvələri həmçinin zirehli personal daşıyıcılarına xidmət göstərmək üçün lazım olan ehtiyat hissələri, ixtisaslaşdırılmış təmir alətləri və avadanlıqları, eləcə də konteyner tipli səyyar təmir emalatxanası və texniki xidmət sənədlərini alacaq.

Zirehli personal daşıyıcılarına dəyən döyüş zərərinin aradan qaldırılması üçün təmir dəstləri də təmin ediləcək.

Əziz Mustafa

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
oxumeni.az

2Источники