Azərbaycanda istehsal buraxılış tarixindən 7 ildən çox ötmüş nəqliyyat vasitələrinin idxalı zamanı hesablanmış aksiz vergisi əmsalların optimallaşdırılması nəzərdə tutulur.
Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, yenilik 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri kimi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması məqsədilə planlaşdırılır.