Olaylar.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı göstərilən dərəcələrlə tutulacaq.
| Vergi tutulan aylıq gəlirin məbləği | Verginin dərəcəsi | ||||||
| 2500 manatadək | 3 faiz | ||||||
| 2500 manatdan 8000 manatadək | 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi | ||||||
| 8000 manatdan çox olduqda | 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faiz |
2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:
| Vergi tutulan aylıq gəlirin məbləği | Verginin dərəcəsi | ||||||
| 2500 manatadək | 5 faiz | ||||||
| 2500 manatdan 8000 manatadək | 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi | ||||||
| 8000 manatdan çox olduqda | 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi |
2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğun olaraq:
| Vergi tutulan aylıq gəlirin məbləği | Verginin dərəcəsi | ||||||
| 2500 manatadək | 7 faiz | ||||||
| 2500 manatdan 8000 manatadək | 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi | ||||||
| 8000 manatdan çox olduqda | 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi |
Mövcud qanunvericiliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:
| Vergiyə cəlb edilən aylıq gəlir | Verginin dərəcəsi | |||
| 8000 manatadək | 0 faiz | |||
| 8000 manatdan çox olduqda | 8000 manatdan çox olan məbləğin 14 faizi |