RU

İtkin düşən imamın meyiti tapıldı FOTO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kastamonunun İnebolu rayonunda iki gündür itkin düşən imam İlker Topaloğlu ölü halda tapılıb.

Milli.Az xəbər verir ki, 28 yaşlı İlker Topaloğlu noyabrın 1-də evdən çıxdıqdan sonra geri qayıtmayıb. Onun ailəsi vəziyyəti jandarmaya bildirdikdən sonra axtarışlara başlanılıb. Kamera görüntülərindən müəyyən olunub ki, Topaloğlunun idarə etdiyi avtomobil İnebolu-Abana yolu ilə rayon ərazisini tərk edib.

Axtarış nəticəsində İlker Topaloğlunun cəsədini İnebolunun Yakaboyu məhəlləsi yaxınlığında, 50 metrlik uçurumdan dənizkənar qayalıqlara düşmüş avtomobilin içərisində tapıblar.

Hadisə ilə bağlı istintaq başladılıb.

Fidan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
news.milli.az

2Источники