RU

Bakıda ev satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakıda ev satmaq adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Xanlar Cəfərov, Oqtay Adışov və Xəzər Əliyevin yekun məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsndə hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Xəzər Əliyevin və Xanlar Cəfərovun 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmələrini istəyib. Prokuror Xəzər Əliyevə 7 il 6 ay, Xanlar Cəfərovun əvvəlki cəzası da toplanılmaqla 11 il, Oqtay Adışovun isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. O, zərəçəkənlərə dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam ödənilməsinə qərar verilməsini də istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri onlara bəraət hökmünün çıxarılmasını xahiş edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Xəzər Əliyev 2 il dövlət və yerli özünü idarə orqanlarında maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 3 ay müddətinə, Xanlar Cəfərov isə 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Oqtay Adışova 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Zərərçəkənlər tərəfindən verilmiş mülki iddia qismən təmin edilib.

Qeyd edək ki, ittihama görə, hər üç şəxs əlbir olaraq ev satmaq adı ilə 3 nəfər zərərçəkənin ümumilikdə 139 min manata yaxın pul vəsaitini dələduzluq yolu ilə ələ keçiriblər. Məhkəmə istintaqı zamanı dəymiş ziyandam 32 min manatı zərərçəkənlərə ödənilib.

Xanlar Cəfərov, Xəzər Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə, Oqtay Adışova qarşı isə Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham olunub.

Xanlar Cəfərov “Avro Qrand” MMC-nin 2014-cü ildən 2019-cu ilədək direktoru vəzifəsində işləyib.
O, bundan əvvəl dəfələrlə məhkum olunub. X.Cəfərov sonuncu dəfə ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Избранный
17
3
apa.az

5Источники