AFFA-nın təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə şanlı qələbəmizin 5 illik yubileyi münasibətilə işğaldan azad edilmiş Cəbrayıl şəhərində idman festivalı təşkil olunub.
Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbin futbol meydançasında baş tutan mərasimdə 20-dən çox uşaq iştirak edib. Bayram əhvali-ruhiyyəsində keçən yarış zamanı uşaqlar futbol oyunlarında iştirak edib, əyləncəli vaxt keçiriblər.
Şənliyin sonunda uşaqlara AFFA tərəfindən futbol topları hədiyyə olunub.
Qabil YUSİFOĞLU
XQ