Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Laçında Zəfərin beşinci ildönümündə hərbi yürüş olub.
APA xəbər verir ki, Laçın şəhərinin mərkəzində keçirilən yürüş Bayraq meydanından başlayıb.
Yürüşdə Laçln rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın Rayonunda Bərpa, Tikinti və idaretmə Xidmətinin, rəsmiləri də iştirak ediblər.
Sakinlər yolboyu toplaşaraq hərbçiləri alqışlarla qarşılayıblar. Yürüş ipolis əməkdaşlarının müşaiəti ilə şəhərin küçələri boyunca davam edib.
***
10.29
Laçında Zəfərin beşinci ildönümünün qeyd olunması münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir.
APA xəbər verir ki, hərbi qulluqçular saat 10-dan 12:00-dək yürüş edəcəklər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.