Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Ermənistanda doğum səviyyəsi azalmaqda davam edir, ölüm və boşanma halları isə artmaqdadır.
“Cebheinfo.az” xəbər verir ki, Ermənistan Respublikasının Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Ermənistanın daimi əhalisinin sayı 3 milyon 90 min 500 nəfər təşkil edib.
Onların 1 milyon 977 min 400 nəfəri şəhərlərdə, 1 milyon, 113 min 100 nəfəri isə kəndlərdə yaşayır.Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabr aylarında Ermənistanda 23 698 nəfər anadan olub. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1244 nəfər azdır.Qeyd edilir ki, 2024-ci ilin doqquz ayı ərzində Ermənistanda 24 942 uşaq doğulub.
Cari ilin yanvar-sentyabr aylarında Ermənistan Respublikasında 19 064 nəfər vəfat edib. 2024-cü illə müqayisədə bu il ölüm nisbəti artıb.
Qeyd edək ki, 2024-cü ildə Ermənistasnda ölənlərin sayı 18 959 nəfər təşkil edib. Ölüm halları əsasən qan dövranı sistemi xəstəlikləri, onkoloji və tənəffüs yolları xəstəlikləri ilə əlaqədar olub. Qeyd olunub ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Ermənistanda hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlə bağlı ağırlaşmalar səbəbindən bir dənə də olsun ana ölümü hadisəsi qeydə alınmayıb, 2024-cü ilin yanvar-sentyabr aylarında isə 6 ana ölümü hadisəsi qeydə alınıb.
Məlumata görə, 2025-ci ilin ilk 9 ayında Ermənistan Respublikasında 10 238 nəfər evlənib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə azdır. Belə ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Ermənistanda nikaha goirənlərin sayı 11 696 nəfər olub.
Bu il Ermənistnda boşanmaların sayı bir qədər artaraq 3 617-ə çatıb. 2024-cü ildə 3422 boşanma faktı qeydə alınıb.“Respublikada 2025-ci ilin yanvar-sentyabr aylarında hər 1000 nikahdan 353-ü boşanma ilə nəticələnib. Halbuki 2024-cü ilin yanvar-sentyabr aylarında bu rəqəm 293 olub”, - Komitənin açıqlamasında deyilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.