RU

9 ayda‘Şahdəniz’ yatağından 21 milyard kubmetr qaz hasil edilib

2025-ci ilin üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 836 milyon dollar əməliyyat xərcləri və təxminən 756 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.

İlin ilk doqquz ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 21 milyard standart kubmetr qaz və təxminən 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 75,7 milyon (ildə təqribən 27,6 milyard) standart kubmetrdir.

Избранный
73
teleqraf.com

1Источники