RU

Premyer Liqa: “Zəfər turu”nun təyinatları açıqlandı - ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün “Zəfər turu” adı verilmiş 11-ci turun təyinatları açıqlanıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

11-ci tura təsadüf edəcək Azərbaycan derbisi – “Qarabağ”la “Neftçi” arasındakı görüş Elçin Məsiyevə tapşırılıb.

Premyer Liqa
11-ci tur

7 noyabr

“Şamaxı” – “İmişli”
Hakimlər: Rauf Cabbarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 13:44.

“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu, 16:44.

8 noyabr

“Araz-Naxçıvan” – “Karvan-Yevlax”
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Əli Əliyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:44.

“Zirə” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu, 18:44.

9 noyabr

“Kəpəz” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 15:44.

“Qarabağ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Azersun Arena”, 18:44.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
4
27
arena.az

10Источники