RU

Qeyri rezident müəssisə tərəfindən ödənilən dividenddən vergi tutulacaq

ain.az, Operativ MM portalına istinadən məlumat yayır.

Qeyri-rezident müəssisə tərəfindən ödənilən dividenddən 5 faiz dərəcə ilə vergi tutulacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.

Muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə hüquqi şəxslər, fərdi sahibkarlar və ya vergi orqanında uçotda olan qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər tərəfindən ödənilən maddi yardım, mükafat və təqaüdlərdən, mediatorlara mediasiya təşkilatları tərəfindən mülki-hüquqi müqavilələr əsasında ödənilən xidmət haqlarından habelə vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillərin həmin qurum tərəfindən ödənilən gəlirlərindən vergi 14 faiz dərəcə ilə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
2
operativmm.az

3Источники