RU

Yaponiyada ayılarla mübarizə aparmaq üçün hərbçiləri səfərbər edilib

Yapon hakimiyyət orqanları heyvanların yerli sakinlərə hücumlarının artması səbəbindən bir neçə prefekturada ayılarla mübarizə aparmaq üçün qoşun yerləşdirib.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, ordu dinc əhaliyə qarşı çoxlu sayda ayı hücumu ilə üzləşən yerli hakimiyyət orqanlarının tələbi ilə göndərilib. 

Artıq ayıların tutulmasına kömək etmək üçün ölkənin şimal bölgəsinə qoşunlar göndərilib.

Əməliyyat meşəlik dağlar arasında yerləşən və ayıların müşahidə olunduğu kiçik Kazuno şəhərində başlayıb. Hərbçilər tələ qəfəsləri qurmaq, ovçuları daşımaq, əraziləri patrul etmək və tutulan ayıları almaqla təcili xidmətlərə kömək edəcəklər. 

Missiya ən azı noyabrın sonuna qədər davam edəcək.

Ətraf Mühit Nazirliyinin məlumatına görə, Yaponiyada aprel ayından bəri 100-dən çox ayı hücumu baş verib və nəticədə 12 nəfər ölüb. Ölümlərin üçdə ikisi Kazunonun yerləşdiyi Akita prefekturasında və İvate yaxınlığında baş verib.

Gülşən Şərif

Избранный
15
1
bakivaxti.az

2Источники