RU

Güzəştlər işğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyini artıracaq

Vergi güzəştləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin investisiya cəlbediciliyini artıracaq.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, Vergi Məcəlləsindəki dəyişikliklərdə investisiya mühitinin gücləndirilməsinə, sahibkarlıq fəaliyyətinin təşviq edilməsinə, biznes subyektlərinin vergi yükünün azaldırılmasına, regionların, xüsusilə Naxçıvan Muxtar Respublikasının və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilib: "Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, lakin mərkəzləşdilmiş qaydada uçota alınan iri vergi ödəyicilərinin həmin ərazilərin rezidenti kimi tanınması və güzəştlərdən yararlanması bu bölgələrin investisiya cəlbediciliyini, ixirac potensialını və infrastrukturunun inkişafını daha da gücləndirəcək".

Onun sözlərinə görə, bir sıra güzəştlər var ki, onlar da real iqtisadiyyatda müsbət dinamika yaradacaq: "Bunlar kənd təsərrüfatı üzrə güzəştlərin balıqçılıq məhsullarına şamil olunması, ictimai iaşə sahəsində nağdsız dövriyyəyə görə vergi güzəştlərinin tətbiqi, fiziki şəxslərin xaricdən əldə etdiyi dividendlərə vergilərin azaldılması, media və dövlət sektoruna aid digər güzəştlərin müddətinin uzadılmasıdır. Həmçinin avtomobil sənayesi üzrə yük və minik avtomobilləri üçün ƏDV güzəşlərinin verilməsi, kənd təsərrüfatı gübrələrində və dövlət özəl tərəfdaşlığı layihələrində ƏDV güzəşlərinin tədbiqini də vurğulamaq istərdim".

Избранный
70
ikisahil.az

1Источники