RU

Güzəştlər dövlətə deyil, sahibkara gedir - rəqəmlər açıqlandı

Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı müzakirələr zamanı vergi və gömrük güzəştlərinin bölgüsü ilə bağlı mühüm məlumat açıqlanıb.

News365.az xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, 2025-ci ilin göstəricilərinə əsasən, ölkədə vergi-gömrük azadolmalarının həcmi 7,7 milyard manatdır və güzəştlər tətbiq edilərkən mülkiyyət formasına görə heç bir fərq qoyulmur.

Onun sözlərinə görə, bəzən cəmiyyətdə belə fikir formalaşır ki, güzəştlər əsasən dövlət qurumlarına şamil olunur və sahibkarlar bu prosesdən kənarda qalır. Lakin rəqəmlər bunun əksini göstərir:

2025-ci ildə tətbiq edilən vergi və gömrük güzəştlərinin ümumi məbləği 4 milyard 405 milyon manatdır. Bu məbləğin 99,7%-i – yəni 4 milyard 394 milyon manatı özəl sektorun payına düşür.

Azər Əmiraslanov qeyd edib ki, bu statistika güzəştlərin əsasən sahibkarlığın inkişafına yönəldiyini sübut edir və dövlət müəssisələri ilə özəl şirkətlər arasında ayrı-seçkiliyin olmadığını göstərir.

News365.az 

Избранный
23
news365.az

1Источники