RU

Marko Yankoviç: “Bəlkə də azarkeşlər bunu nəticəni gözləmirdilər”

“Biz əlimizdən gələni etdik. Bəlkə də azarkeşlər bunu nəticəni gözləmirdilər”.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Marko Yankoviç deyib.

Yarımmüdafiəçi Bakıda İngiltərənin “Çelsi” klubu ilə heç-heçə (2:2) etdikləri UEFA Çempionlar Liqasının oyunu ilə bağlı fikirlərini bölüşüb: “İlk yarıda şans bizim tərəfdə deyildi. Amma buna baxmayaraq sonradan hesabda irəli çıxa bildik. Məşqdə etdiklərimizi matçda göstərdik. Bir xala razıyıq”.

Oyunçu Çempionlar Liqası turnirinin səviyyəsinin çox yüksək olduğunu vurğulayıb: “Burada yüksək keyfiyyətli futbolçular, güclü komandalar var. Biz əlimizdən gələni edirik və üzərimizdə təzyiqlər var və çalışırıq ki, növbəti oyunlarda yaxşı nəticələr əldə edək”.

İdman.Biz

Избранный
6
1
idman.biz

2Источники