RU

Riad Qasımov: Bakıda hansısa tarixi abidənin sökülməsinə yol verilmir

Bakıda hansısa tarixi abidənin, mədəni irs nümunəsinin sökülməsinə yol verilmir.

APA xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib.

"Son illər Bakıda tətbiq edilən böyük islahatların və iri layihələrin hamımız şahidiyik. Bizim əsas prioritetlərimizdən biri şəhərin dayanıqlı inkişafı, insanyönümlü şəhərin yaradılması, şəhərin müasirləşərək rahat və əlverişli olmasıdır. İrsin qorunması dövlət səviyyəsində əsas prioritetlərdən biridir. Bunu "İçərişəhər" ərazisində, Fəvvarələr meydanında, Mərkəzi parkın üç mərhələsində müşahidə edə bilirik", - o deyib.

Избранный
23
3
apa.az

4Источники