RU

Qarabağ ın mərhələ adlama şansları neçə faizdir?

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turundan sonra turnirdə növbəti mərhələyə yüksəlmək şansları ilə bağlı ehtimallar yenilənib.

Turkustan.az xəbər verir ki, yenilənən siyahıda "Qarabağ"ın pley-off mərhələsinə yüksəlmək şansı 73%-dır.

Ağdam təmsilçisinin birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanmasına isə 1% ehtimal verilib.

Siyahıya İngiltərənin "Arsenal" klubu başçılıq edir. "Topçular"ın 1/8 final mərhələsinə yüksəlmək fürsəti 99%, ilk "24-lüy"ə düşməsi isə 100%-dır.

Türkiyə çempionu "Qalatasaray"ın pley-offa vəsiqə qazanmaq imkanı 99%, 1/8-ə isə 26%-dır.

Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasında "Napoli", "Ayaks", "Ayntraxt Frankfurt" və "Liverpul"la oyunları qalıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ilk dörd turdan sonra 7 xalla 15-ci pillədə qərarlaşıb./teleqraf

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
4
icma.az

5Источники