RU

Əli Məsimli: Vergi Məcəlləsində edilən dəyişikliklər cəmiyyətdə birmənalı qarşılanmır

BAKI, 6 noyabr. TELEQRAF

“Bu dəyişikliklərin köklü şəkildə əsaslandırılması əhəmiyyətlidir”.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Deputat qeyd edib ki, Vergi Məcəlləsində edilən dəyişikliklər böyük aktuallıq kəsb edir:
“Məcəllədə bütün sahələri əhatə edən dəyişikliklər nəzərdə tutulur və bu, cəmiyyətdə birmənalı qarşılanmır. Bunun üçün dəyişikliklərin köklü şəkildə əsaslandırılması əhəmiyyətlidir”, - o vurğulayıb.

Избранный
33
teleqraf.com

1Источники