RU

"Sovetski"də 50-dən artıq tikiliyə tarixi bina statusunun verilməsi nəzərdə tutulur

""Sovetski"də 50-dən artıq tikiliyə tarixi bina statusunun verilməsi nəzərdə tutulur".

Kulis.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib.

“70-dən artıq tarixi bina mövcuddur. Son bir neçə ay ərzində "Sovetski" ərazisində müvafiq qurumlar tərəfindən köçürülmə, qorunma və s. işlər nəzərdə tutulub. Ərazidə bir çox binaların sökülməsi müvafiq qurumlar tərəfindən həyata keçirilib. Bu ərazidən 400-ə yaxın ailə köçürülüb. Proses davam edəcək”, - o bildirib.

Qeyd edək ki, Riad Qasımov onu da deyib ki, sözügedən ərazilərdə heç bir tarixi əhəmiyyət daşımayan bir çox binanın qəzalı və baxımsız vəziyyətdə olduğu müşahidə edilib: "Bu halda onların saxlanılması məqsədəuyğun sayılmır".

Избранный
10
21
kulis.az

10Источники