RU

Qəbul və buraxılış imtahanlarında “köməklik” göstərməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmişşəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinədair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinədaxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidaiistintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Başİdarəsində davam etdirilib.

İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanİslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abutriyentləri vəşagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarınıngedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizliqaydada informasiya alınması üçün nəzərdə tutulan texnikivasitələri qanunsuz olaraq hazırlamasına, habelə Ayxan Məmmədov vəMurad Məmmədovla cinayət əlaqəsinə girməklə həmin texnikivasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklikgöstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlara əsasən İslam Babayevə AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiyaalınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraqsatma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifəsəlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elanedilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidaiaraşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Ayxan Məmmədov vəMurad Məmmədov barəsində isə istintaq orqanının qərarı ilə polisinnəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçünaidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Oxşar xarakterli cinayət əməllərinin törədilməsində iştiraketmiş digər şəxslərin məsuliyyətə cəlb olunması istiqamətindətədbirlər davam etdirilir.

Избранный
60
31
az.trend.az

10Источники