RU

ABŞ 40 hava limanının tutumunu 10 faiz azaldacaq

ABŞ 40 hava limanının tutumunu 10 faiz azaldacaq

ABŞ nəqliyyat naziri Şon Daffi hökumətin fəaliyyətinin dayandırılması səbəbindən hava hərəkətinə nəzarətçilər üzərində yaranan təzyiqi azaltmaq məqsədilə 40 hava limanının tutumunu 10 faiz azaldılacağını bildirib.

ABŞ-ın Kentukki ştatında yük təyyarəsinin havaya qalxandan dərhal sonra qəzaya uğramasının ardından Daffi aviasiya təhlükəsizliyini təmin etməyə yönəlik yeni tədbirləri açıqlayıb.

Nazir həmin təyyarənin qəzasının hava nəzarəti ilə bağlı olmadığını, texniki nasazlıqdan qaynaqlandığını vurğulayıb.

Daffi həmçinin hökumətin bağlanması səbəbindən hava hərəkətinə nəzarətçilərin və nəqliyyat nazirliyi əməkdaşlarının əksəriyyətinin maaş ala bilmədiyini qeyd edib.

Onun sözlərinə görə, hava nəzarətçiləri oktyabrın əvvəlində qismən ödəniş alıblar, lakin ikinci ödənişlərini ala bilməyiblər və bir çoxu maliyyə təzyiqləri səbəbindən əlavə işlər görmək məcburiyyətində qalıb.

Daffi bu səbəbdən hava məkanlarında kadr çatışmazlığı, uçuşlarda daha çox gecikmə və ləğvlərin yaşandığını bildirib.

Nazir bir nömrəli prioritetlərinin təhlükəsiz səyahəti təmin etmək olduğunu vurğulayaraq, “Buna görə də milli hava məkanındakı risk profilini azaltmaq üçün əlavə tədbirlər barədə danışacağıq. Əlavə pozuntular olacağını təxmin edirəm. Hava yolları ilə birgə işləyirik, onlar da sərnişinlərlə birlikdə hərəkət edəcəklər” deyib.

Daffi əlavə edib ki, tətbiq ediləcək tədbirlərdən biri 40 hava limanının tutumunun 10 faiz azaldılması olacaq və bu məhdudiyyətlər cümə səhərindən qüvvəyə minəcək.

Federal Aviasiya İdarəsi (FAA)nin rəhbəri Brayan Bedford da “Nəzarətçilərimiz üzərindəki təzyiqi azaltmaq üçün planlaşdırılan tutumda 10 faizlik azalma qərarının uyğun olduğunu düşündük” – deyə bildirib.

Избранный
22
afn.az

1Источники