Ağdam rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib.
"Unikal" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində yaşıllıqlar salınan ərazidə abadlıq və təmizləmə işləri görülüb, yaşıllıqların suvarılması təmin edilib, onlara aqrotexniki qaydada qulluq göstərilib. Zəfərin 5-ci ildönümü münasibəti ilə keçirilən tədbir ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır.
Aksiya çərçivəsində ümumilikdə 7100 ədəd müxtəlif növ ağac və dekorativ kol bitkiləri əkilib.